Cərrahiyyə Xidmətləri
Hər pasiyentin anatomiyasına və estetik məqsədinə uyğun fərdi yanaşma.
Rinoplastika Növləri
Xarici kəsiksiz yanaşma ilə icra olunan qapalı rinoplastika Dr. Əkbərovun əsas praktikasını təşkil edir. Gipssiz, silikonsuz, burun beli qoruyucu (dorsum preservation) texnika — daha qısa bərpa müddəti, minimal şişkinlik, natural nəticə.
Bu texnikanın üstünlükləri: burun beli toxunmaz qalır (təbii gradient saxlanır), xarici iz yoxdur, bərpa daha sürətlidir. Qalın dərili, əyri, travmatik burunlara da tətbiq oluna bilər.
İrəli dərəcədə deformasiyalı, travmatik, asimmetrik burunlarda əsas kəskin düzəliş üçün açıq struktural yanaşma tətbiq olunur. Burun ucu dəstəyinin olmaması, sümük və arakəsmə sınıqları, üst çənə inkişaf gerilikləri bu üsulla həll edilir.
Açıq yanaşma geniş vizual sahə təmin edir, strukturun daha dəqiq idarəsinə imkan yaradır. Nəticənin uzunmüddətli stabilliyi üçün məsləhət görülən hallarda istifadə olunur.
Burun arakəsməsinin (septum) əyriliyi tənəffüsü pozan ən geniş yayılmış problemdir. Septorinoplastika eyni əməliyyatda həm nəfəs alma problemini, həm də xarici görünüşü düzəldir.
Kobud deformasiyalı, əyri, travmatik, asimmetrik burunlarda uğurla tətbiq olunur. Əməliyyatdan 6 ay sonrakı nəticələr tam stabilləşir.
Başqa cərrahlar tərəfindən icra edilmiş rinoplastikadan sonra istənilən nəticənin əldə edilmədiyi hallarda revizyon (yenidən) cərrahiyyə tətbiq olunur. Asimmetriya, həddən artıq düzəliş (over-resection), qeyri-natural görünüş, nəfəs probleminin qalması bu kateqoriyaya daxildir.
Dr. Əkbərov revizyon hallarında geniş təcrübəyə malikdir. İlkin qiymətləndirmədə əvvəlki əməliyyatın analizi aparılır.
Piezoelektrik cihazı ilə burun sümüklərinin ultrasəs enerjisi vasitəsilə emalı. Ənənəvi osteotomiyaya nisbətən daha az qanamə, daha az şişkinlik, daha dəqiq nəticə.
Xüsusilə incə dərili, qalın sümüklü burunlarda, eləcə də dəqiq sümük şəkilləndirilməsi tələb olunan hallarda üstünlük verilir.
Kişi üz proporsiyalarına uyğun, natural, "brutal" görünüşlü nəticə. Dr. Əkbərovun praktikasında kişi rinoplastikası xüsusi yer tutur — kobud deformasiyalı, travmatik, asimmetrik kişi burunları üzrə geniş iş portfeli mövcuddur.
Kişi burnunu qadın burununa oxşatmadan — yalnız anatomik problemləri həll edərək, fərdi görünüşü ortaya çıxarmaq məqsəd götürülür.
Qalın dərili burunlar rinoplastikada xüsusi texniki çətinliklər yaradır — dəri altı to'qumalar şişkinliyi uzadır, dəqiq formanın ortaya çıxmasını ləngidir. Dr. Əkbərov bu kateqoriyada xüsusi protokol tətbiq edir.
Qapalı, dorsum qoruyucu texnika qalın dərili burunlar üçün xüsusilə əlverişli nəticə verir.
Burun, boğaz, qulaq xəstəliklərinin diaqnostikası və müalicəsi. Xroniki sinusitlər, rinitlər, allergik burun xəstəlikləri, burun polipləri, septum deviasiyası, tonzillit, orta qulaq xəstəlikləri.
Cərrahiyyə tələb edən hallarda: septoplastika, funksional endoskopik sinus cərrahiyyəsi (FESC), tonzillektomiya.
Tez-tez soruşulan suallar
Proses
Burun anatomiyasının qiymətləndirilməsi, şikayətlərin dinlənilməsi, cərrahiyyə imkanlarının izahı. Gözlənti ilə nəticənin uyğunluğu müzakirə edilir.
Fərdi cərrahiyyə planı hazırlanır. Ön/yan görüntülərin analizi, 3D planlaşdırma, əməliyyatdan əvvəlki tibbi yoxlamalar.
Ümumi narkoz altında 1.5–2.5 saat. Qapalı texnikada xarici kəsik yoxdur, gips tətbiq edilmir, silikon tampon qoyulmur.
Əməliyyatdan sonra 1–2 gün nəzarət altında saxlanılır. 10 gün, 1 ay, 3 ay, 6 ay, 12 ay sonra yoxlama görüşləri.
Konsultasiya
National Prime Hospital, Bakı · +994 55 292 90 00